“Siqnal 2026” İctimai Nəzarət Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Təşkilatın təsisçisi Sevinc Quliyevain rəhbərliyi ilə baş tutan tədbirlər çərçivəsində həm Xankəndi şəhərində, həm də ölkənin müxtəlif regionlarında Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirlər zamanı iştirakçılar tərəfindən Heydər Əliyevin abidələri ziyarət edilərək önünə gül dəstələri və əklillər qoyulub, onun Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı tarixi xidmətləri bir daha vurğulanıb. Çıxış edənlər bildiriblər ki, Ulu Öndərin siyasi kursu bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir və gənc nəsillər üçün böyük örnəkdir.
Əsas tədbirlərdən biri Xankəndi şəhərində təşkil olunub. Tədbirdə ictimaiyyət nümayəndələri, gənclər və müxtəlif qurumların təmsilçiləri iştirak edərək milli həmrəyliyin və dövlətçilik dəyərlərinin önəmini qeyd ediblər.
Tədbirdən sonra Sevinc Quliyeva Üsküdar Universitetinin idarə heyətinin üzvləri ilə görüş keçirib. Görüş zamanı Azərbaycan–Türkiyə dostluq münasibətləri, təhsil və ictimai əməkdaşlıq istiqamətində gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Tərəflər humanitar və ictimai sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Keçirilən tədbirlər bir daha göstərib ki, Heydər Əliyevin zəngin irsi xalqımızın yaddaşında daim yaşayır və onun ideyaları gələcək nəsillər üçün mühüm yol xəritəsi olaraq qalır.


