“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunçularına əlavə istirahət vermək qərarına gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, “Kəpəz”ə məğlubiyyətdən sonra, psixoloji stressi azaltmaq məqsədilə məşqçi komandaya dörd günlük fasilə verib.

Komanda 25 mart tarixində yenidən toplanacaq.

Qeyd olunur ki, “Qarabağ”ın növbəti oyunu 3 apreldə Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »