Azərbaycan Respublikası “Siqnal 2026” İctimai Nəzarət Təşkilatının təsisçisi Sevinc Quliyevanın rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində təşkilatın kollektivi Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşdür.
Tədbirdə çıxış edən Sevinc Quliyeva Azərbaycanın müstəqillik tarixində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirib ki, bu gün ölkəmizin qazandığı uğurlar, dövlət müstəqilliyimizin möhkəmlənməsi və ərazi bütövlüyümüzün bərpası məhz böyük siyasi iradənin və milli dövlətçilik strategiyasının nəticəsidir. Qeyd olunub ki, Qarabağın azadlığı uğrunda aparılan mübarizə Azərbaycan xalqının birliyini, milli ruhunu və Vətən sevgisini bütün dünyaya nümayiş etdirmişdir.
Çıxışlarda Şuşanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin simvolu olduğu xüsusi vurğulanmış, işğaldan azad edilmiş torpaqların yenidən dirçəldilməsi və doğma yurdlara qayıdışın xalqımız üçün böyük qürur mənbəyi olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, azadlıq və müstəqillik hər bir xalq üçün ən böyük nemətdir və bu müqəddəs irsin qorunması hər bir vətəndaşın mənəvi borcudur.
Tədbir iştirakçıları Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış şəxsiyyətlərin əziz xatirəsini ehtiramla yad etmiş, şəhidlərin qəhrəmanlığını minnətdarlıq hissi ilə anmışlar. Vurğulanmışdır ki, xalqımızın qazandığı tarixi Zəfər gələcək nəsillərə ötürüləcək böyük qəhrəmanlıq salnaməsidir.
Sonda tədbir iştirakçıları Azərbaycan xalqının daim birlik və həmrəylik nümayiş etdirəcəyini, Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının hər zaman prioritet olaraq qalacağını bildiriblər. Tədbir yüksək vətənpərvərlik ruhu və milli qürur hissi ilə başa çatmışdır.




