Misli Premyer Liqasında XXII tura yekun vurulub.
Milli.Az xəbər verir ki, turun son matçında “Qarabağ” “Sabah”la qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3.
“Sabah”dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60) rəqib qapısından keçiriblər. “Qarabağ”ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran “Sabah” turnir cədvəlinə başçılıq edir. 46 xala malik “Qarabağ” isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib. “Neftçi” – “Şamaxı” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1), “Turan Tovuz” – “İmişli” (0:0) görüşlərində isə qalib müəyyənləşməyib.
————–
Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
Milli.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Turan Tovuz” “Azersun Arena”da “İmişli”ni qəbul edəcək. “Turan Tovuz” hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik “İmişli” isə 9-cu yerdədir.
Turun mərkəzi qarşılaşmasında isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”la üz-üzə gələcək. “Sabah” 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan “Qarabağ”ın isə 45 xalı var.
Misli Premyer Liqası
XXII tur
1 mart
16:30. “Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Azersun Arena”
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib. “Neftçi” – “Şamaxı” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.
