7 mart tarixində Xətai Sənət Mərkəzində rəssam və modelyer-dizayner Lalə Cəbrayılovanın təşəbbüsü və təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz” adlı incəsənət sərgisi və moda nümayişi keçirilib.
Layihənin müəllifi və təşkilatçısı Lalə Cəbrayılova tərəfindən ərsəyə gətirilən bu tədbirin əsas məqsədi Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini incəsənət vasitəsilə təqdim etmək, yaradıcı insanlara dəstək olmaq və milli irsin təbliğinə töhfə verməkdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlər hər bir xalqın kimliyini formalaşdıran, onun tarixini və mədəniyyətini yaşadan ən mühüm amillərdəndir.
Tədbir çərçivəsində həm tanınmış, həm də gənc rəssamların milli mövzuda hazırladıqları rəsm əsərləri sərgilənib. Bununla yanaşı, modelyerlərin milli motivlərdən ilhamlanaraq hazırladıqları geyim kolleksiyalarının nümayişi keçirilib. Nümayiş olunan kolleksiyalar Azərbaycan mədəniyyətinin estetik xüsusiyyətlərini, milli ornamentləri və ənənəvi elementləri özündə əks etdirib.
Layihənin təşkilatçısı Lalə Cəbrayılova çıxışında belə tədbirlərin keçirilməsinin milli-mənəvi irsin qorunması və gənc istedadların tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sərgidə təqdim olunan əsərləri qiymətləndirmək üçün müstəqil münsiflər heyəti fəaliyyət göstərib. Münsiflər heyətinin tərkibində:
Xətai Sənət Mərkəzinin direktor müavini Nəzakət Əvəzova
Turban Moda brendinin rəhbəri, modelyer Validə Hüseynova
rəssam Mina Məmmədova
Elm və Tədris Mərkəzinin direktoru Nuranə Fətullayeva
yer alıblar.
Proqram çərçivəsində musiqi və rəqs nömrələri təqdim olunaraq tədbir iştirakçılarına xoş anlar yaşadılıb.
Sərgi çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən rəssamlar iki yaş kateqoriyası üzrə qiymətləndirilib.
Böyük yaş kateqoriyası üzrə qaliblər:
🥉 III yer – Babayeva Rəmziyyə
🥈 II yer – Ayşən Qasımova
🥇 I yer – Vahidova Leyla
Kiçik yaş kateqoriyası üzrə qaliblər:
🥉 III yer – Əsnad Həşimova
🥈 II yer – Bayramlı Yeganə
🥇 I yer – Orucova Mehrin
Modelyerlər arasında keçirilən müsabiqənin nəticələrinə əsasən isə qaliblər aşağıdakı kimi müəyyənləşdirilib:
🥉 III yer – Naibə Mirzəliyeva
🥈 II yer – Nuranə Həsənova
🥇 I yer – Xəyalə Məsimova
Sonda qaliblərə və bütün iştirakçılara sertifikatlar təqdim olunub. Təqdimat mərasimi layihənin müəllifi və təşkilatçısı Lalə Cəbrayılovanın iştirakı ilə həyata keçirilib.
Tədbirin sonunda bildirilib ki, Lalə Cəbrayılovanın təşəbbüsü ilə təşkil olunan bu layihə milli-mənəvi dəyərlərin incəsənət vasitəsilə təbliği, yaradıcı insanların dəstəklənməsi və Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xətai Sənət Mərkəzində "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi keçirilib - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »