Ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz, qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri İqtisadi Zonaların İnkişafı Agentliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Sədr qeyd edib ki, bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir.

“Nəzərinizə çatdırım ki, 2025-ci ilin sonuna qədər agentliyin idarəetməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb. 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »