Komandaların start heyətləri açıqlanıb.

“Nyukasl”: Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Dani Bolt, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

————

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Azərbaycan çempionu növbəti sınağına çıxır.

Milli.Az xəbər verir ki, “Qarabağ” bu gecə İngiltərədə “Nyukasl”la ilə üz-üzə gələcək. Görüş Nyukasl şəhərində yerləşən “St James’ Park” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşma İtaliya hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi tanınmış FİFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR sisteminə isə Daniele Kiffi rəhbərlik edəcək, onun assistenti almaniyalı Kristian Dinqert olacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə İngiltərə təmsilçisi inamlı qələbə qazanıb – 6:1. Ağdam klubu isə səfərdə qürur matçında çətin tapşırığın öhdəsindən gəlməyə və böyük hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

25 fevral
00:00 – “Nyukasl Yunayted” – “Qarabağ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »