Gürcüstanın aparıcı imedi.ge, interpressnews.ge, realnews.ge, interpress.ge, 1tv.ge informasiya portalları, eləcə də ictimai televiziyası Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olması və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verməsi barədə mlumat yayıblar.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, xəbərlərdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladığı, Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdığı qeyd olunur.

Materiallarda Prezident İlham Əliyevin Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladığı xüsusi qeyd olunub.

Dövlətimizin başçısının Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin rolu barədə fikirləri də əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »