Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən Vahid Şadlıq Sarayındə Ramazan və Novruz bayramları münasibətilə bayram konserti təşkil olunmuşdur. Tədbir Quliyev Anar Məmməd oğlunin təşkilati dəstəyi və rəhbərliyi ilə baş tutmuşdur.

Bayram tədbirinin əsas məqsədi müqəddəs Ramazan bayramı və Novruz bayramını birlikdə qeyd etmək, eyni zamanda şəhid ailələrinə, xüsusilə şəhid analarına mənəvi dəstək göstərmək olmuşdur. Tədbirə şəhid anaları və ailə üzvləri xüsusi qonaq qismində dəvət olunmuş, onlara hörmət və ehtiram göstərilmişdir.

Konsert proqramında paytaxt Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənnilər çıxış etmiş, səslənən musiqilər, vətənpərvərlik mahnıları və bayram əhval-ruhiyyəli ifalar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır. Tədbir yüksək səviyyədə təşkil olunmuş, kənd sakinləri və qonaqlar üçün unudulmaz bayram axşamı yaşatmışdır.

Tədbirdə həmçinin Siqnal İctimai Nəzarət Təşkilatının təsisçi rəhbəri Sevinc Quliyeva da iştirak etmişdir. Bununla yanaşı təşkilatın sədrləri, üzvləri və ictimai fəallar da tədbirə qatılmış, bayram sevincini birlikdə bölüşmüşlər.

Tədbirin sonunda çıxış edənlər qeyd etmişlər ki, bu il Ramazan bayramı ilə Novruz bayramının eyni günə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır. Bu, birlik, bərəkət, yenilənmə və mənəvi təmizliyin bir araya gəldiyi əlamətdar bir gündür. Bu münasibətlə bütün Azərbaycan xalqı Ramazan və Novruz bayramları münasibətilə təbrik olunmuş, xalqımıza sülh, firavanlıq, bolluq və birlik arzu edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »