1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nür” Uşaq Evində “SİQNAL” İctimai Nəzarət Təşkilatının təsisçisi Sevinc Quliyevanın, xeyriyyəçilər Kamran Nur və Qasımova Qızılgülün təşkilatçılığı ilə geniş bayram tədbiri keçirilib.
Tədbirin keçirilməsində xeyriyyəçilər Kamran Nur, Qasımova Qızılgül, eləcə də Xudafərin Teatrının bədii rəhbəri Günel Emirova xüsusi əməyi və dəstəyi olub. Onların təşəbbüsü və təşkilatçılığı sayəsində uşaqlar üçün əsl bayram ab-havası yaradılıb.
Bayram tədbirində uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar və bayram sovqatları təqdim olunub. Eyni zamanda onların asudə vaxtının səmərəli təşkili üçün maraqlı şou proqramlar, əyləncəli çıxışlar və musiqili nömrələr nümayiş etdirilib.
Tədbirə qatılan tanınmış müğənnilər öz ifaları ilə uşaqlara unudulmaz anlar yaşadıblar. Gün ərzində uşaqların sevinc dolu gülüşləri və xoş əhval-ruhiyyəsi tədbirin əsas uğur göstəricisi olub.
“SİQNAL” İctimai Nəzarət Təşkilatının təsisçisi Sevinc Quliyeva çıxışında bildirib ki, uşaqların xoşbəxtliyi və rifahı cəmiyyətin gələcəyinin təminatıdır. O qeyd edib ki, təşkilat bundan sonra da uşaqlara və sosial qayğıya ehtiyacı olan insanlara dəstək göstərən layihələr həyata keçirməyə davam edəcək.
Xüsusilə qeyd olunmalıdır ki, Xudafərin Teatrının bədii rəhbəri Günel Emirova və Namiq tədbirin təşkilində, şou proqramların hazırlanmasında və uşaqların bayram sevincinin daha da artırılmasında mühüm rol oynayıblar. Onların göstərdikləri diqqət və qayğı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Tədbirin sonunda uşaqlarla xatirə şəkilləri çəkdirilib, onlara xoş arzular çatdırılıb və bayram tədbiri böyük sevinc hissi ilə başa çatıb.
“Nür” Uşaq Evində keçirilən bu xeyriyyə aksiyası bir daha göstərdi ki, uşaqlara göstərilən sevgi, qayğı və diqqət cəmiyyətimizin ən ali dəyərlərindəndir. Tədbirin təşkilində əməyi olan bütün şəxslərə minnətdarlıq ifadə olunur və onların xeyirxah fəaliyyətlərinin davamlı olması arzu edilir.




